SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda ağac aşıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, “28 may” metrosunun ikinci çıxışının yanında, Mikayıl Rəfili 9 ünvanında iri gövdəli ağac aşıb.


Hadisə zamanı 2 maşına ziyan dəyib. Xoşbəxtlikdən ağacın aşması zamanı xəsarət alan olmayıb.

Ərazi sakinləri bildirirlər ki, dəfələrlə həmin ağacın aşma təhlükəsi ilə bağlı lazımlı qurumlara şikayətlər etsələr də, onların sözlərinə əhəmiyyət verən olmayıb.
BAKU.WS
VİDEO