SİZİN REKLAM BURADA!
055 213 76 73


Nardaranda dənizdə batan dörd uşaqdan sonuncusunun meyiti tapılıb.

BAKU.WS 
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 10.08.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
BAKU.WS