VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıtda bir nəfər dənizdə batıb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.

S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

BAKU.WS