SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubada qaynatasını qətlə yetirməkdə təqsirli bilinən Mehman Balayevin cinayət işi üzrə toplanan materiallar məhkəməyə göndərilib.

BAKU.WS
"ölkə.az"a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 6-na təyin olunub.

Qeyd edək ki, hadisə dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib. 1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib.

Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və  kürəkən qayınatasına bıçaqla  zərbələr endirib.

Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.

M.Balayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, ailənin birgə nigahdan 2 azyaşlı övladı var.
BAKU.WS