Bu gün saat 10:35-də “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.

Bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, hadisə “Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb.

Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib.

Əvəzində xəttə köməkçi qatar buraxılıb.

Hadisə nəticəsində iki qatar arasında təxminən 11 dəqiqə interval yaranıb. BAKU.WS