Şəmkir rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Tağıyev Araz Tapdıq oğlu ağır xəsarət alıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının ciyəri partlayıb.

Avtomobildə olan digər sərnişin 1976-cı il təvəllüdlü Verdiyev Hüseyn Yusif oğlu da müxtəlif xəsarətlər alıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

BAKU.WS