Gürcülər Azərbaycan sərhəd naryadına qarşı insident törətdi - RƏSMİ AÇIQLAMA (VİDEO)

Gürcülər Azərbaycan sərhəd naryadına qarşı insident törətdi  - RƏSMİ AÇIQLAMA (VİDEO)
Video
Hadisə 2536
Ötən gün saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib.Baş vermiş hadisə birgə araşdırılıb. Gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.

Son xəbərlər