VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır". 

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, FHN-nin helikopterləri hazırdır. 

Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. 

Digər 15 nəfərə isə  ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.

***13:53

Səhiyyə Nazirliyi Şəki Xan Sarayındakı hadisə ilə bağlı məlumat yayıb.

BAKU.WS xəbər verir ki, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib.

Onlardan ikisi hospitalizasiya edilib. 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.

Bildirilib ki, paytaxtdan iki nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.

Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.

***13:47

Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb.

BAKU.WS xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onlar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər ölkə ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib. Həmçinin paytaxt və regionlarda külək ağacları maşınların və evlərin üzərinə aşırıb.
BAKU.WS
VİDEO

QALEREYA