SİZİN REKLAM BURADA!
055 213 76 73


Cənub bölgəsində, xüsusən Cəlilabad və Biləsuvarda güclü küləyin yarada biləcəyi fəsadların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlər görülür.

Bu barədə BAKU.WS-ə "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T.Mustafayevin sözlərinə görə, abunəçilər baş verə biləcək elektrik kəsintiləri ilə bağlı 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı "Çağrı mərkəzi" ilə əlaqə saxlaya bilərlər.

"Fərdi qaydada problem yaranarsa, əməkdaşlarımız onu operativ şəkildə aradan qaldırmaga hazırdir", - deyə o qeyd edib. 
BAKU.WS