SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-a istinadla xəbər verir ki, prospektdə hərəkət edən “Mercedes” markalı avtomobil qarşıda hərəkətdə olan, xanım sürücünün idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Hyundai” markalı avtomobilin təkərinin çıxması nəticəsində maşın aşıb.

Hər iki avtomobilin sürücüsü xəsarət alıb. 

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Nizami rayonu Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yüksək sürətlə arxadan gələrək "Hyundai" markalı avtomobilə çırpılan “Mercedes” markalı avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.

BAKU.WS
VİDEO