SİZİN REKLAM BURADA!
055 213 76 73



Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC teleşirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.

BAKU.WS
"Amerikanın Səsi"nə istinadən bildirir ki, o, Xədicə İsmayılın adını çəkməsə də, Azərbaycanda həbsdə olan araşdırmaçı qadın jurnalistin işini götürməsindən danışıb.

Xədicə İsmayılın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyiblər.

Xatırladaq ki, Amal Kluni Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi olub.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS