SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları yağıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu Sarayevo küçəsində baş verib. "NİVA" markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib.

Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb.

Xoşbəxtlikdən həmin an ərazidə adam olmayıb, ancaq "NİVA"ya ciddi ziyan dəyib.

Avtomobilin damı və digər hissələri əzilib.
BAKU.WS
VİDEO

QALEREYA