Hazırda bəzi xəbər saytlarına giriş məhdudlaşıb.

BAKU.WS xəbər verir ki, bir sıra yerli xəbər portallarına girişdə problemlər yaranıb. Bəzi saytlar ümumiyyətlə açılmır, bəziləri isə çox ləng yenilənir.

Qeyd edək ki, hazırda "qafqazinfo", "unikal", APA və s. xəbər saytlarında problemlər yaranıb.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən açıqlama verilib. Nazirlikdən bildirilib ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra mətbuata açıqlama veriləcək.
BAKU.WS