VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: "3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də "EDGE" şəbəkəsində xidmət olunur".

Şirkət məsələ ilə bağlı “Report”un sorğusuna hələ cavab verməyib.

BAKU.WS