Bu gün səhər saatlarında Bakı-Qazax yolunda qəza baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, Sahil qəsəbəsi istiqamətində hərəkətdə olan yük maşını piyada körpüsünə çırpılıb.

Nəticədə piyada körpüsünün sütunu zədələnib. Yük avtomobili də yararsız vəziyyətə düşüb.

Qəza nəticəsində xəsarət alanın olması barədə isə bildiriliməyib.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya SƏCCAD
BAKU.WS


VİDEO

QALEREYA