SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər

Bildirilib ki, *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən taksi “Hyundai” markalı avtomobili hərəkətdə olarkən yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı digər minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA