Bakı-Ələt yolunun Biləsuvar rayonu yaxınlığından keçən hissəsində avtomobil yanıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, “Mercedes” markalı yük avtomobili hərəkətdə olduğu zaman anidən alovlanıb.

Sürücü vaxtında maşını tərk edərək xəsarət almaqdan xilas olub.

Bir neçə dəqiqə ərzində hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Qeyd edək ki, bu, son 5 gündə Azərbaycan yollarında avtomobillərin yanması ilə bağlı 3-cü faktdır. Bundan öncə Bakı-Astara “VAZ-2015”, Sədərək yolunda isə “Mercedes” yanmışdı.

Fərid ƏDALƏT
BAKU.WS


VİDEO

QALEREYA

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ