SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonu ərazisində hərəkətdə olan avtomobil yanıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, Sədərək Ticarət Mərkəzindən Avtoğazala gedən istiqamətdə hərəkətdə olan "Mercedes Panorama" markalı avtomobil anidən tüstülənib.

Sürücü maşını saxlayan kimi nəqliyyat vasitəsi alovlanmağa başlayıb. Avtomobildə olan bir ailə - ata, ana və iki azyaşlı - son anda özünü çölə ataraq xilas olublar. Xəsarət alan olmayıb.

Avtomobil yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO

VİDEO