SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.


BAKU.WS
VİDEO