SİZİN REKLAM BURADA!
055 213 76 73


Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakıda avtobus 2 uşağı vurub.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Məlumata görə, 108 nömrəli marşrut avtobusu yolu keçmək istəyən 8 yaşlı bir qız və yaşı hələlik bilinməyən bir oğlanı vurub.

Uşaqlar xəstəxanaya aparılıb, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, hadisə uşaqlar müəllimləri ilə birlikdə piknik etməyə gedərkən baş verib.
BAKU.WS