SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıtda "Karvan” ticarət mərkəzində çalışan sahibkarlar icarə haqlarının yüksək olmasına etiraz edərək mağazaları açmırlar.

BAKU.WS-in məlumatına görə, bu haqda musavat.com-a ticarət mərkəzində çalışan işçilər məlumat verib.

Sahibkarlar iqtisadi böhrandan sonra çətin durumda olduqlarını, icra haqlarının da yüksək olmasının onlar üçün ciddi problem yaratdığını deyirlər. Sahibkarların tələbi icarə haqlarının endirilməsidir.

Ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşündə heç bir güzəşt etməyəcəyini bildirib. Daha sonra sahibkarların mağazaları açmadığını və fikirlərində qəti olduğunu görən A.Əhədov onlarla razılıq əldə etmək üçün danışıq aparmağı qəbul edib. 
 
Hazırda A.Əhədovla sahibkarlar arasında danışıqlar gedir.
 
BAKU.WS