055 213 76 73
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib və müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirlərilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKU.WS