SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ənvər Əliyev tutulub.
 
Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, müəyyən edilib ki, o, dekabrın 30-a keçən gecə Moskva prospektində Nəzakət Muradovaya məxsus mağazadan oğurluq edib.
 
Ənvər Əliyev pəncərənin dəmir barmaqlığını sındırmaqla ərzaq məhsulları və tütün məmulatları, 4-cü mikrorayon H.Seyidzadə küçəsində «Qasid» firmasına məxsus qəzet köşkündən, qapının qıfılını sındırmaqla 2700 manatlıq tütün məmulatı və saqqız götürüb.
 
Ənvər yanvarın 9-a keçən gecə isə A.Məhərrəmov küçəsində Salman Orucova məxsus köşkdən tütün məmulatları oğurlayıb.
 
Şahin Həbibov
BAKU.WS