VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda otellərin birində qonaq qalan qadının otağından oğurluq edilib.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, dünən Natavan küçəsində yerləşən oteldə Sinay Nasimovanın otağının qapısını açıblar. Otaqdan qadına məxsus briliant üzük oğurlanıb.


Bununla bağlı Sinay Nəsimova polisə şikayət edib. Şikayət əsasında Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşları əməliyyat keçirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Faruk Məmməd oğlu Sadıqov tutulub.


Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS