Bakıda minik maşını aşıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Verilən məlumata görə, yol qəzası “20 yanvar” metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, “Nissan altima” markalı, 90 SA 728 dövlət nömrə nişanlı  maşın geriyə hərəkət edərkən digər avtomobilə dəyərək aşıb.

Qəza zamanı aşan avtomobilin sürücüsü xəsarət alıb.

Hadisənin görüntülərini təqdim edirik:
BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ