SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, hadisə "Palermo" gece klubunda baş verib.

Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb.
28 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.
BAKU.WS