SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ayıq sürücü avtomobil sahibini 4 min manat ziyana salıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Vüsal Quliyevin başına gəlib.

O deyir ki, aprel ayının 4-də içkili olduğundan avtomobili idarə etmək üçün ayıq sürücü çağırıb. Gələn sürücü isə onun avtomobili ilə qəza törədib.

Vüsal Quliyev bildirir ki, hadisə baş verən zaman şirkət ona dəyən ziyanı ödəyəcəyini bildirib. Lakin sonradan bundan boyun qaçırıb.

Məsələylə bağlı ayıq sürücü xidməti göstərən "Taksim" şirkətinin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin 055 505 55 15 telefon nömrəsinə cavab verən əməkdaş rəhbərliyin bizimlə əlaqə saxlayacağını bildirib.

Lakin xeyli müddət keçsə də, qarşı tərəf geri zəng etməyib.
BAKU.WS
VİDEO