Ötən gün Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 350 metr aralı, nəzarətsiz ərazidə) intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
 
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 15:18-də başa çatıb. 
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ