Bakının Binəqədi rayonunda Daxili İşlər Nazirliyinin Mühafizə polisinin avtomobili qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.


Verilən məlumata görə, hadisə 6-cı mikrorayon, Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, mühafizə polisinə məxsus “Chevrolet Aveo” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Qəzaya avtomobil hərəkətdə olarkən qəflətən qarşısına piyada çıxması səbəb olub.

Sürücünün qarşısına piyada çıxıb, piyadanı vurmamaq üçün yoldan çıxıb və qarşısındakı maneəyə dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ