SİZİN REKLAM BURADA!
055 213 76 73
Sumqayıtda bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
BAKU.WS-ə verilən məlumata görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.
S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
BAKU.WS