SİZİN REKLAM BURADA!
055 213 76 73



Hindistanda möcüzə nəticəsində 3-cü mərtəbədən yıxılan uşaq sağ qalıb.


BAKU.WS “lenta.ru”ya istinadən xəbər verir ki, ötən gün ehtiyatsızlıqdan 2 yaşlı uşaq pəncərədn yıxılıb. Uşaq 3-cü mərtəbədən yıxılıb və möcüzə nəticəsində sağ qalıb.

Hadisənin görüntüləri müşahidə kamerasına düşüb. Videodan da göründüyü kimi bir qadın telefonla danışaraq yol ilə hərəkət edir. Qəfil göydən uşaq onun üstünə, sonra isə üstünə düşür. Qadın nə baş verdiyini anlamır və ora-bura qaçır.

Ərazidə olan insanlar dərhal uşağın köməyinə qaçırlar. Uşağı yaxınlıqdakı xəstəxanaya aparıblar. Həkim müayinəsi zamanı məlum olub ki, uşağın xəsarət alsa da, onun həyatı üçün təhlükə yoxdur.

Ziya SƏCCAD
BAKU.WS