SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyada turistlərin marağına cəlb edən yerlər çoxdur. Belə məkanlardan biri də Vyetnamdadır.


BAKU.WS “theculturetrip.com”a istinadən xəbər verir ki, Vyetnamda ikinci dəmir yol vağzalı kimi tanınan “Hanoi Eski” Məhəlləsi turistlərin marağını cəlb edib.


Çünki buranın sakinləri Çinin Şanxayı kimi çox təhlükəli və sirlidir. Buranın sakinləri ölümlə üz-üzə yaşayırlar. Burada evlər dəmir yolu xəttinin üzərində yerləşib.

Buranın kiçik bazarı, dar küçələrindən keçən dəmir yolu xətti gündə iki dəfə qatarın “nəriltisin”dən titrəyir. Belə ki, buradan gündə iki dəfə, saat 15:30-da və saat 19.30-da qatar keçir. Həmin vaxt burada bazar yığışdırılır. İnsanlar küçələrdən yığışır. Evlərin qapıları bağlanır.


Maraqlı məqamlardan biri də, qatar bu ərazidən keçərkən siqnaldan istifadə etmir. Qatarın gəlməyini xəbər verən işarə yoxdur. Çünki burada hər kəs qatarın gəlib-getdiyi saatları bilir. Bu saatda isə küçədə qalan insanlar ölümün ağuşuna atılmış sayılırlar.

Ziya SƏCCAD
BAKU.WS