Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BAKU.WS-in "Report"a istinadla xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. Həmin gün G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə qətimakn tədbiri seçilib.

Məhkəmədə elan olunub ki, G.Şərifova məhkəmə çağırışlarına əməl etməyib, onun barəsində axtarış qərarı çıxarılıb. Daha sonra o, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları təfindən həbs edilib.

Elan olunmuş ittiham üzrə G.Şərifova özünü təqsirli bilib.

Daha sonra zərərçəkmiş E.Zeynalov ifadə verib. O söyləyib ki, hadisə günü evə əsəbi gəlib, həyat yoldaşı ilə mübahisə edib: "Bu zaman Gülnarın əlində bıçaq var idi. Əsəbi halda onun üstünə getdim. Gülnar da məni vurdu. Bacısı ilə birgə məni xəstəxanaya apardı, 9 gün orada yatdım".

Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayətçi olmadığını vurğulayıb.

Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.

Xatırladaq ki, G.Şərifovanın ilk həyat yoldaşından bir azyaşlı qızı var.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ