SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Bu barədə jurnalist Pərviz Musayev BAKU.WS-ə məlumat verib. Onun verdiyi məlumata görə, qəza “Papanin körpüsü” deyilən ərazidə baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb.

Ərazidə olan insanlar köməyilə sürücü aşan maşının içərisindən çıxarılıb.

Əraziyə yol polisləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS