VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qobustan-Xilmilli yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, 1984-cü il təvəllüdlü Nemət Mahmud oğlu Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1974-cü il təvəllüdlü Yalçın Əlsahab Dünyamalıyevin idarə etdiyi “Mercedes-Benz E200” markalı maşın toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan, bir ailənin üzvləri Qobustan rayon Cəyirli kənd sakinləri, 1988-ci il təvəllüdlü İlhamə Fərhad qızı Abdullayeva, 1984-cü il təvəllüdlü Nemət Mahmud oğlu Abdullayev, 2012-ci il təvəllüdlü Ayxan Nemət oğlu Abdullayev, 1977-ci il təvəllüdlü Mahrux Qılıncxan qızı Məcidova xəsarət alıblar. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan Mahrux Qılıncxan qızı Məcidova müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Qobustan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb. İstintaq aparılır.

Ziya SƏCCAD
BAKU.WS