055 213 76 73
75 yaşlı İsmayıllı sakini göldə batıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllının Aşıqbayramlı kəndi ərazisində yerləşən göldə batdığı ehtimal olunan 1944-cü il təvəllüdlü Axundov Hacalı Qasım oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu H.Axundovun axtarışlarına cəlb olunub.
Vətəndaşın meyiti axtarış işləri nəticəsində aşkarlanaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
BAKU.WS