SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağali oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə,

habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Elektriklə balıqları kütləvi məhv edənlər saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.

İdarədən BAKU.WS-ə verilən məlumata görə, 1994-cu ildə İmişli rayonunun Govhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar.

Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb.

Həmin şəxslər Azərbaycanın müvafiq qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar.

Sonradan həmin avadanlıq taxta vasitəsi ilə sudan çıxarılıb. Əvvəllər bu cür kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə brokonyerler balıq tutmaq istəyərkən dəfələrlə ölüm hadisəsi baş verib və həmin aparat özlərini öldürüb.

İdarənin məlumatında elektrik avadanlığı ilə ovlanan balıqların insan sağlamlığı üçün çox təhlükəli olduğu bir daha diqqətə çatdırılıb, eləcə də kafe, restoran və bazarlarda bu yolla ovlanan balıqları almamaq tövsiyə edilir.

BAKU.WS