SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb.

Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakı sakini arı sancmasından ölüb.

BAKU.WS