SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində bağlar yaşayış massivində hamilə qadın döyülüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, əslən Şəki rayonunun Kiçik Dəhnə kəndindən olan 1992-ci il təvəllüdlü şəhər sakini Adamova Namilə Laçın qızı qonşuları ilə mübahisə və münaqişə zəminində döyülərək ağır xəsarət alıb.

Təcili şəhər xəstəxanasına çatdırılan Namilə Adamova öncə Acil şöbəsində ilkin tibbi yardım alıb, daha sonra isə Ginekologiya şöbəsinə yerləşdirilib. Burada yaralının bətnindəki körpənin vəziyyətini öyrənmək üçün qadın müayinə edilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

BAKU.WS