SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə “Miss Bağdad” gözəllik yarışmasının qalibi Tara Faresin qətlə yetirilmə anının videosu yayılıb.

BAKU.WS-in məlumatına görə, kadrlarda naməlum bir kişinin sükan arxasında olan 22 yaşlı modeli güllələməsi açıq-aydın görünür.

Cinayəti törədən qatil daha sonra motosikletinə minir və ərazidən uzaqlaşır. T. Faresin avtomobili isə öndə duran digər avtomobilə çırpılması nəticəsində dayanır.

Xatırladaq ki, sentyabr ayının sonlarında baş verən hadisə nəticəsində üç güllə yarası alan 22 yaşlı model xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hüseyn Məmmədsalahov
BAKU.WS