Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərlənib.

BAKU.WS
xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov report-a açıqlamasında məlumatı təsdiqləyib.


O bildirib ki, hadisə ilə əlaqədar ora Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: "Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri stabildir".


76 nömrəli tam orta məktəbdən daxil olan məlumatda isə bildirilib ki, oktyabrın 10-u saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb:


"Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyə olunub. Şagirdlərə ilkin tibbi yardım göstərilib".


BAKU.WS