SİZİN REKLAM BURADA!
055 213 76 73



İstanbulda keçirilən əməliyyat zamanı "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov polis tərəfindən saxlanılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı
Səlifov saxlanılaraq Vətən küçəsindəki İstanbul Polis şöbəsinə aparılıb.

Onun hazırda dindirildiyi bildirilir.

"Loti Quli" Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.

Qeyd olunur ki, Rusiyanın "Rambler. ru" saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır" başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli"nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub.

BAKU.WS