SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə mətbuatı Rusiyada və Qafqazda ən nüfuzlu Azərbaycanın mafiya liderlərindən olan "Lotu Quli" ləqəbli Nadir Səlifova qarşı sui-qəsd cəhdinin yeni faktları barədə məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, Türkiyə KİV-i yazır ki, Bahçelievlərdəki "Ömür Plaza"da keçirilən xüsusi əməliyyat zamanı kriminal aləmdə "Şirinlər Qrupu" olaraq bilinən “Max” ləqəbli Mehmet Sabri Şirin və yaxınları saxlanılmışdı.

Nadir Səlifovun qaldığı evi basmaq üçün hazırlanan 14 nəfərlik qrupa "Lənkəranski"nin qardaşı Namiq Canıyev liderlik edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, “Lotu Quli” Azərbaycandan İstanbula getdiyi ərəfədə görüşlər həyata keçirilib.

Polis kriminal dəstə üzvlərinin mobil telefonlarını araşdırıb.

Rövşən Lənkəranskinin qruplaşmasına girən Orxan İsmayılov ilə “Şirinlər”in üzvü Hacı Ömər E.-nin telefonlarında eyni evə aid fotolar tapılıb. 

Orxan İsmayılov “Lotu Quli”nin qalacağı evin, küçənin fotolarını çəkib Hacı Ömərə göndərib.

Polis fotoların hücum öncəsi kəşfiyyat xarakterli çəkildiyini təsdiqləyib.

BAKU.WS