SİZİN REKLAM BURADA!
055 213 76 73



Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.

BAKU.WS
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “oxu.az”a açıqlamasında bildirib.


Onun sözlərinə görə, Balakən rayon sakini olan bir qadın Polis Şöbəsinə müraciət edərək, gecə saatlarında qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib:


Qadın bildirib ki, hay-küy saldıqdan sonra evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb.


“Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o, evdə olmadığı və mobil telefonunu söndürdüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq, xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib.


Bu məqsədlə onu polis avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”, - deyə E.Zahidov qeyd edib.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS