SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun "Azərsu" ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

BAKU.WS