SİZİN REKLAM BURADA!
055 213 76 73



Siyəzəndə mikroavtobus qəzaya uğrayıb.

BAKU.WS
report-a istinadən xəbər verir ki, Bakı-Xudat marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

BAKU.WS