VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb.

BAKU.WS
Qafqazinfo” xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.

Şahidlərin qafqazinfo-ya istinadən verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Məlum olub ki, Ziya Məmmədova məxsus olan mülklərdən birində səhər saatlarında yanğın başlayıb. Belə ki, elektrik şitində qəfil alovlanma baş verib və yanğının böyüməsinin qarşısı alınıb.

Villanın mühafizəçiləri bildirib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları çağırılıb. Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğının qarşısı qısa müddətdə alınıb.

BAKU.WS