SİZİN REKLAM BURADA!
055 213 76 73



İyunun 2-də İtaliyanın Roma şəhərində göldə çimərkən boğulan azərbaycanlı tələbə Elnur Babayevin cəsədi tapılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Albano gölündə həyatını itirən, "Sapienza" Universitetinin magistr tələbəsinin nəşi Azərbaycana gətiriləcək.

Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Roma Universitetində Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub. O, Azərbaycanda isə Bakı Avrasiya Universitetində təhsil alıb.

BAKU.WS