SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Novosibrski vilayətində millət vəkili Oksana Bobrovskaya faciəli şəkildə həlak olub.

BAKU.WS
-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkili həyat yoldaşı ilə birlikdə avtomobildə olarkən maşın partlayıb. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hadisə əl qumbarasının işə salınması zamanı baş verib.

Bildirilir ki, deputatın əri qumbaranı maşında bilərəkdən partladıb. O, həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib.
Elə bu səbəbdən də, cütlük arasında tez-tez mübahisə olurmuş.

Ziya Səccad
BAKU.WS