SİZİN REKLAM BURADA!
055 213 76 73



"Medholding" Diş Klinikasının sahibi və həkimi Cavid Qurbanov səhv gördüyü iş üçün xəstəyə deyir " Bu sənin qismətindir".

BAKU.WS
xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Facebook” səhifəsində paylaşıb. Onun sözlərinə görə, bu barədə şikayətçi Günel Süleyman qızı Axundova müraciət edib.

“6 min manat pul aldılar, 20 vinir diş qoydular. Sonra da dedilər ki, “posadka” səhv olub, 8 dişi dəyişdilər. 3 ildir “Med holdinq”ə gedib-gəldim, həkim Cavid Qurbanov hər dəfə bir bəhanə elədi. Bu gün də dişlərim çox pis vəziyyətdədir” – redaksiyamıza müraciət edən Bakı sakini Günel Süleyman qızı Axundova belə deyir. Onun sözlərinə görə 2015-ci ilin iyun ayında “Med holdinq” klinikasında həkim Cavid Qurbanov dişlərini müalicə edib, 20 vinir diş qoyub, 10 il zəmanət verib: “Dişləri qoyandan sonra dişlərimdə hissiyyat yaranmışdı. 2015-ci ilin iyun ayından sonra ayda azı 2-3 dəfə Cavid Qurbanovun yanına gedib-gəlirdim.


Dişlərimdə problemlərin həll edilməsini istəyirdim. 2017-ci ilin dekabrında Cavid Qurbanov 8 üst dişimi dəyişdi. Başqa 2-3 dişimi də 4-5 dəfə çıxarıb yenidən qoyub. Problemin həll olunacağını dedi. Amma olmadı. 2018-ci ilin aprelinə kimi də onun yanına gedib dişlərimin normal müalicəsini aparmasını istədim.

Özünə də dedim ki, 8 dişi dəyişəndən sonra vəziyyət daha da qəlizləşib, ağzımı açıb danışa bilmirəm. Səbəb kimi kalsiy çatışmamazlığını göstərdi, dərman yazdı. Yenə də xeyri olmadı. Digər bir neçə klinikaya getdim, müayinə olundum. Dedilər ki, dişlərim düzgün olmayan bantlamaya görə ağrıyır, hissiyyatı var. Hazırda diş köklərimdə kista yaranıb, ciblər əmələ gəlib.


Cavid Qurbanovun klinikasında isə rentgen etdilər və dişlərimdə kista olmasını gizlətdilər. Digər həkimlər deyirlər ki, dişlər yenidən və düzgün şəkildə müalicə olunmalı, sonradan yeni vinirlərlə bantlanmalıdır”.

Şikayətçi bildirir ki, hüquq-mühafizə orqanlarına da müraciət ünvanlayıb. Sağlamlığına ziyan vuran həkimin cəzalandırılmasını və ona dəyən ziyanın ödəniməsini tələb edib.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

BAKU.WS